XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Mingəçevir Reqatası-2024"ün ilk günü 9 medalla yadda qaldı
İdman 18:53 / 16.10.2024
"Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin ilk yarış gününə yekun vurulub. 
Azərbaycan avarçəkənləri yarışın ilk gününü 2 qızıl, 3 gümüş, 4 bürünc medalla başa vurublar. 
Təmsilçilərimizdən Amil Ramazanov və Nurlan Paşayev qızıl medallara layiq görülüblər. 
A.Ramazanov 500 metr məsafəyə akademik avarçəkmə növündə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında, N.Paşayev isə 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  
Akademik avarçəkmə növündə 500 metr məsafəyə yarışda mübarizə aparan komandamızın digər üzvlərindən Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında gümüş medal qazanıb.  
Ə.Hacızadə həmçinin 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 1000 metr məsafəyə kayak yarışında  ikinci yeri tutub.
Ölkəmizə digər gümüş medalı 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növü üzrə yarışında Cahangir Məmmədli qazandırıb.
Komandamızın digər üzvlərindən Niyaz Məlikov-Elvin Əliyev cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların 500 m məsafəyə kayak mübarizəsində, Cavid Vəlizadə isə 1 nəfərlik kanoe qayığında 2008-2009-cu illər təvəllüdlü idmançıların 1000 m məsafəyə mübarizəsində bürünc medal qazanıb.
Məhəmməd Niftullayev 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 m məsafəyə akademik avarçəkmə növündə, Məhəmməd Həsənov isə 2010-2011-ci illər təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, 12 ölkədən 100-dək idmançının mübarizə apardığı yarışda Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında beynəlxalq reqatanın rəsmi açılış mərasimi keçiriləcək. 
Oktyabrın 18-də isə Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi təşkil olunacaq.

19535 oxunub

InvestAZ