Oktyabrın 23-25-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin məsləhətçisi xanım Tiene Vertommen ölkəmizə səfər edəcək.
Səfər zamanı o, Milli Olimpiya Komitəsinin rəsmiləri, federasiya nümayəndələri və yerli məşqçilərlə görüşəcək.
Elə bu məqsədlə oktyabrın 16-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında yerli federasiyaların məşqçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq "Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov, idman idarəsinin baş məsləhətçisi, Təhlükəsiz idman üzrə Beynəlxalq Olimpiya Komitəsinin setifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mehman Kərimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsində məsləhətçisi xanım Tiene Vertommenin ölkəmizə səfəri yaddaqalan olacaq.
O, qeyd edib ki, bu tədbir zamanı iştirakçılara paylanılan sorğu məlumatları belçikalı mütəxəssisə göndəriləcək. Bununla da Azərbaycan idmanı ilə bağlı xanım Vertommendə geniş təsəvvür yaranacaq.
MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev bildirdi ki, BOK və Avropanın aparıcı universitetləri tərəfindən etimad qazanan Tiene Vetommennin ölkəmizə səfəri yeni təcrübə olacaq.
Çıxışlar başa çatdıqdan sonra xanım Vetommennlə video-bağlantı yaradılıb. O, tədbir iştirakçılarına Təhlükəsiz idman mövsusunda bir sıra maraqlı məlumatlar verib.
Sonda qeyd edib ki, ölkəmizə səfəri zamanı daha geniş söhbətlər aparacaq, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandıracaq.