XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçkənlərimiz "Mingeçevir Reqatası-2024"ə uğurla başladılar
İdman 12:36 / 16.10.2024

Oktyabrın 16-da "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə start verilib. 

Azərbaycan idmançıları Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ilk gününə uğurla başlayıblar.  

Belə ki, komandamızın üç üzvü çıxışını medalla başa vurub.

Təmsilçilərimizdən Amil Ramazanov 500 metr məsafəyə akademik avarçəkmə növündə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında qızıl medala layiq görülüb.  

Akademik avarçəkmə növündə 500 metr məsafəyə yarışda mübarizə aparan komandamızın digər üzvlərindən Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında gümüş, 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında çıxış edən Niyaz Məlikov-Elvin Əliyev cütlüyü isə bürünc medal qazanıb.  

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024"ə oktyabrın 18-də yekun vurulacaq.


19678 oxunub

InvestAZ