XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Mingəçevir reqatası-2024”ə start verilir
İdman 09:43 / 16.10.2024
Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq "Mingəçevir reqatası-2024”ə start veriləcək.
12 ölkədən 100-dək idmançının mübarizə aparacağı yarış Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.
Beynəlxalq reqatada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər mübarizə aparacaqlar. 
Yarışların ikinci günündə Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi keçiriləcək. 

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

19534 oxunub

InvestAZ