XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Füzuliyə yeni köç edən gənclər aşağı köndələnçayda mübarizə aparacaq
İdman 21:50 / 15.10.2024
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 12 ölkədən 100-dək avarçəkənin iştirakı ilə ilk dəfə Füzulidə keçiriləcək beynəlxalq "Mingəçevir Reqatası-2024” öncəsi Füzulidə yeni salınan şəhərcikdə yerli sakinlərlə görüş keçirib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı xüsusi ayrılmış ərazidə federasiyanın son illərdəki fəaliyyəti və "Mingəçevir Reqatası” haqqında sakinlərə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda "Prezident Kuboku” və  "Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirib.  Federasiya daha bir ilkə imza ataraq "Mingəçevir Reqatası-2024”-ün açılış mərasimini Füzulinin işğaldan azad olunması günündə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında təşkil edəcək.  Yaxın gələcəkdə su anbarında avarçəkmə məşqlərinin keçirilməsi üçün də şərait yaradılacaq.
      Tədbir zamanı "Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimindən sonra Aşağı Köndələnçay su anbarında avarçəkmə idman növündə özünü sınamaq istəyən yeniyetmə və gənclər arasında qeydiyyat aparılıb.   Görüş yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
19525 oxunub

InvestAZ