XƏBƏR LENTİ
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025
10 Sentyabr 2025
09 Sentyabr 2025



Bakıda idman üzrə Beynəlxalq Tibbi Seminar keçiriləcək
İdman 12:19 / 10.10.2024

Oktyabrın 18-19-da Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının Beynəlxalq Tibbi Seminarı keçiriləcək.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibbi heyət arasında təcrübə mübadiləsinin aparılması və ən son məlumatların əldə edilməsidir.

Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi dəstəklə təmin olunması sahəsindəki tədqiqat nəticələrini paylaşacaqlar. Bu sahədə olan yeniliklər, müxtəlif reabilitasiya üsulları və idman zədələrinin müalicəsi müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi dəstək sahəsindəki ən son qlobal trendlər haqqında məlumat əldə etmək üçün unikal bir imkan təqdim edəcək.

"Beynəlxalq Tibbi Seminarın Azərbaycanda keçirilməsi ölkəmizdə cüdo idmanının inkişafına və daha da genişlənməsinə müsbət təsir göstərəcək. Milli komandanın həkimi olaraq, inanıram ki, bu seminar yerli cəmiyyətimizdə tibbi biliklərin artırılmasına töhfə verəcək.

Dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərin cüdo idmançılarına tibbi dəstək sahəsindəki biliklərini və tədqiqatlarını paylaşması, idmançılarımıza yüksək səviyyəli xidmət göstərmək bacarığımızı daha da gücləndirəcək", - deyə cüdo üzrə mili komandaların baş həkimi Ramil Vəliyev bildirib.


13308 oxunub

InvestAZ