XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AFFA-nın əməkdaşları UEFA-nın konfransında iştirak ediblər
İdman 13:39 / 07.10.2024

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Serbiyanın paytaxtı Belqradda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfransda iştirak ediblər.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı bir sıra mövzular müzakirə olunub:

1. Ötən lisenziyalaşdırma mövsümünün icmalı.

2. Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi.

3. Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər.

4. UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər.

5. Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər.

6. Qadın futbolu, klubların lisenziyalaşdırılması və s.


19174 oxunub

InvestAZ