XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
İdman 15:57 / 04.10.2024

Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, milli komandamızın üzvü 81 kq çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində yer alıb.

S.Şükürov Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib. Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır.


20278 oxunub

InvestAZ