XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millətlər Liqası: Komanamızın heyəti açıqlandı
İdman 11:27 / 04.10.2024

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniya və Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Komandaya cəlb olunan oyunçuların adlarını Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında elan edib.

Portuqaliyalı mütəxəssis 24 futbolçuya dəvət göndərib.

Qapıçılar:Rza Cəfərov ("Neftçi"), Mehdi Cənnətov ("Sumqayıt"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər:Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı "Qarabağ"), Qismət Alıyev, ("Zirə"), Rahil Məmmədov ("Radomyak", Polşa), Şəhriyar Əliyev ("Turan Tovuz"), Zamiq Əliyev ("Eqnatiya”, Albaniya), Anton Krivotsyuk ("Daejon”, Cənubi Koreya)

Yarımmüdafiəçilər:Toral Bayramov, Aleksey İsayev (hər ikisi "Qarabağ”), Elvin Camalov, ("Sabah"), Ceyhun Nuriyev ("Zirə”), Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Emin Mahmudov ("Neftçi"), Ozan Can Kökçü (HIK, Finlandiya), Xəyal Nəcəfov ("Turan Tovuz")

Hücumçular:Ramil Şeydayev ("Neftçi”), Rüstəm Əhmədzadə ("Zirə"), Renat Dadaşov ("Ankaragücü, Türkiyə), Mahir Emreli ("Nürnberq”, Almaniya)

Qeyd edək ki, oktyabrın 11-də səfərdə Estoniyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiyanı qəbul edəcək.


17318 oxunub

InvestAZ