XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Klublarımızın Avropa Kubokunda keçirəcəyi oyunların proqramı açqlanıb
İdman 12:22 / 04.10.2024

Azərbaycanın həndbol klublarının Avropa Kubokunda keçirəcəkləri oyunların proqramı açıqlanıb.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadınlar arasında ölkə çempionu "Qarabağ” mübarizəyə 1/32 finaldan başlayacaq.

İlk rəqib Lüksemburqun "Differdanj” klubu olacaq. Qarşılıqlı razılaşmaya əsasən, mərhələnin hər iki oyunu Bakıda baş tutacaq. Oktyabrın 5-də "AHF Arena” İdman Kompleksində keçiriləcək ilk matçda "Qarabağ” nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-də start götürəcək. Bu komandaların cavab matçı isə oktyabrın 6-da, eyni saatda keçiriləcək.

Turnirdəki digər təmsilçimiz "Azəryol” da rəqibi ilə Bakıda, "AHF Arena”da qarşılaşacaq. Ukraynanın "Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da, saat 17:00-da reallaşacaq.

Qadınlar arasında Azərbaycan kubokunun qalibi "Kür” isə Yunanıstan təmsilçisi "İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-də Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Ertəsi gün bu komandaların dueli saat 17:30-da start götürəcək.

Kişi həndbolçulardan ibarət "Kür” klubu Avropa Kubokunda mübarizəyə "Parnassos Strovolu” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-da, saat 17:00-da, cavab matçı isə bir gün sonra, saat 16:00-da keçiriləcək.

Kişilər arasında ölkə çempionatının gümüş mükafatçısı "Bakı” isə Monteneqronun "Lofçen Çetinye” komandası ilə hər iki matçı səfərdə keçirəcək. Oktyabrın 26-na və 27-nə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


20793 oxunub

InvestAZ