XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" Bakıda "Malmö"yə məğlub oldu
İdman 22:51 / 03.10.2024

Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində növbəti oyununu keçirib. Komandamız Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin "Malmö" klubu ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 15-ci dəqiqəsində Juninyonun qolu ilə hesabı açan "Qarabağ" üstünlüyünü qoruya bilməyib. Cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. İkinci hissənin 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 24-də Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə qarşılaşacaq. 


18385 oxunub

InvestAZ