XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Messi növbəti mükafatını "İnter Mayami" ilə qazandı
İdman 10:39 / 03.10.2024

Argentina millisinin futbolçusu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" ABŞ-nin MLS liqasının qalibi olub.

Bu, səfərdə "Kolumbus Kryu" ilə görüşdən sonra reallaşıb. 37 yaşlı hücumçunun komandası turnir cədvəlində ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messi dubla imza atıbsa, digər qolun müəllifi Luis Suares olub. "Kolumbus Kryu"dan Dieqo Rossi və Kuço Ernandes fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 68-ə çatdıran "İnter Mayami" mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.

Qeyd edək ki, bu, argentinalı ulduzun karyerasında 46-cı tituldur.


16995 oxunub

InvestAZ