XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
İdman 16:58 / 29.09.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan və altı gün davam edən AVF-nin 1-ci dərəcə məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.

Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil Şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin 1-ci dərəcə sertifikatı təqdim olunub.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin 1-ci dərəcə sertifikatını alan məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.


24253 oxunub

InvestAZ