XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" London səfərindən məğlubiyyətlə qayıdır
İdman 01:39 / 27.09.2024

"Qarabağ" klubu UEFA Avropa Liqası çərçivəsində keçirilən Liqa mərhələsinin I turunda ilk görüşünü keçirib. Qurban Qurbanovun komandası Londonda İngiltərənin "Tottenhem" klubu ilə qarşılaşıb. "Tottenhem Hotspur" stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

"Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi "Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


21125 oxunub

InvestAZ