XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
İdman 12:26 / 27.09.2024

Gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

Gənclər və İdman Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, burada aparılan yenidənqurma işlərinin gedişatı ilə maraqlanan nazir prosesin keyfiyyətli və sürətli aparılması istiqamətində müvafiq tapşırıqlar verib.

O, Qax Olimpiya İdman Kompleksinin vəziyyəti ilə də tanış olub. Buradakı məşq və yarış zallarına, stadiona, üzgüçülük hovuzuna baxış keçirilib. F.Qayıbov komplekslərdə mövcud idman bölmələrində fəallığın və peşəkar yanaşmanın artırılması, idman qurğularının daha səmərəli və effektli idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

Nazir həmçinin Respublika Olimpiya İdman Liseyinin Qax filialının fəaliyyəti ilə maraqlanıb. Nazir buradakı şərait, qarşıda duran işlər barədə məşqçi-müəllimlərlə fikir mübadiləsi aparıb, lisey şagirdləri ilə söhbət edib, onların tədris və məşq şəraitləri ilə maraqlanıb.


20487 oxunub

InvestAZ