XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya çempionu federasiya prezidenti seçilib
İdman 15:12 / 26.09.2024

ABŞ Voleybol Federasiyasına yeni prezident seçilib. Bu vəzifəyə 2013-cü ildən etibarən kişilərdən ibarət milli komandaya rəhbərlik edən Con Sperou təyin edilib.Onun bu vəzifəsi ilə məşqçilik fəaliyyətinin paralel davam edəcəyi hələki məlum deyil.

"Mənim ABŞ komandası ilə yolum 1997-ci ildə Dünya Universitet Oyunları zamanı kəsişib. Həmin vaxt köməkçi məşqçi kimi fəaliyyət göstərirdim. İndi mənə ABŞ Voleybol Federasiyasına rəhbərlik etmək tapşırığı verilib. Bu böyük şərəfdir”, - deyə o, yerli federasiyanın rəsmi saytına verdiyi müsahibədəbildirib.

Məlumat üçün bildirək ki, ABŞ-ın kişilərdən ibarət komandası Con Sperounun rəhbərliyi altında Rio-2016 və Paris-2024 Olimpiadasında, eləcə də 2015-ci il Dünya Kubokunda bürünc medallar qazanıb. Bundan başqa, o, 2008-ci il Pekin Olimpiadasında amerikalıların qələbəsində baş məşqçinin köməkçisi kimi pay sahibi olub.


18345 oxunub

InvestAZ