XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"McLaren P1"in davamçısı gəlir - VIDEO
İdman 13:06 / 26.09.2024

Oktyabrın 6-da "McLaren” yeni idman avtomobilini təqdim edəcək. Yeni məhsul haqqında hələki rəsmi məlumat yoxdur. Lakin ekspertlər onun 2010-cu illərin ikinci yarısında istehsal olunan "McLaren P1"in davamçısı olacağına əmindirlər.

Cari ilin aprelində "Automotive News" xəbər vermişdi ki, avtomobil tamamilə yeni V8 əsaslı hibrid mühərriklə təmin olunacaq. Yeni avtomobildə "McLaren Artura"da quraşdırılan hibrid V6-dan 70 faiz yüngül olmalıdır.

Bu halda elektrik stansiyasının gücü 1000 at gücündən artıq olacaq. "Automotive News" həmçinin avtomobilin tirajının 400-dən az olacağını proqnozlaşdırır. "McLaren” yeni idman avtomobilini 2026-cı ildə satışa çıxaracaq. Yeni məhsulun dəyərinin isə təxminən 2 milyon dollar olacağı bildirilir.

Məlumat üçün bildirək ki, "McLaren P1" rəsmi olaraq 2013-cü ildə Cenevrə avtosalonunda təqdim edilib. Bu avtomobil "McLaren F1" hiperkarının mənəvi varisi olub. Avtomobil hibrid mühərrikli ilk idman avtomobillərindən biri sayılır. "McLaren P1"in gücü 674 kVt (916 at gücü), modelin istehsal seriyası isə 375 nüsxə təşkil edib.




17311 oxunub

InvestAZ