XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konqonun idman və mədəniyyət naziri Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olub
İdman 20:16 / 25.09.2024

Azərbaycanda səfərdə olan Konqo Demokratik Respublikasının idman və mədəniyyət naziri Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,qonaqlar Milli Gimnastika Arenasının mövcud vəziyyəti ilə tanış olublar.

Azərbaycan Güləş Federasiyası ilə tanışlıq zamanı qarşıda duran işlər barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, idmançıların məşq prosesini izləyiblər.

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda idmançıların müayinə və müalicəsi barədə məlumat əldə ediblər.

Qonaqlar Milli Olimpiya Komitəsində və Azərbaycan Cüdo Federasiyasında da görüş keçiriblər.

Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Heydər Əliyev Mərkəzini və İçərişəhəri də ziyarət ediblər.


19016 oxunub

InvestAZ