XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Pəhləvanlarımız Rusiyada üç medal qazanıblar
İdman 17:03 / 25.09.2024

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə üç medal qazanıblar. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıblar. Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətləniblər. Qurban Qurbanov (82 kq) isə bürünc medala sahib çıxıb.

Dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıblar.


16871 oxunub

InvestAZ