XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşdi
İdman 11:31 / 25.09.2024

19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə,bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Yarışa Moldova ev sahibliyi edəcək. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək "Kişinyov Arena”da keçiriləcək.

Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının tarixləri də açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın U-19 yığması mübarizəyə indiyə qədər əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı raunddan başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.


16620 oxunub

InvestAZ