XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Heç kim "Roma"da işləmək istəmir 
İdman 10:14 / 24.09.2024

İtaliyanın "Roma" klubu Daniele de Rossi ilə yollarını ayırıb. Hazırda yeni baş məşqçi axtarışına çıxan "canavarlar" bir neçə namizədi nəzərdən keçirib.

"Corriere dello Sport" xəbər verir ki, klub Stefano Pioli, Xavi və Françesko Farioli variantı üzərində götür-qoy edib. Lakin hər üç mütəxəssis bu təklifi dəyərləndirməyib. "Udineze"nin baş məqşqçisi İvan Yuriçlə danışıqlar isə hələ ki, davam edir.

Qeyd edək ki, "Roma” hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 10-cu yerdə qərarlaşıb.



20020 oxunub

InvestAZ