XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Sərbəst güləşçilərimiz Belarusda təlim-məşq toplanışında iştirak edirlər
İdman 12:43 / 24.09.2024

Sərbəst güləş üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışındadır.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilənməlumata görə,Minskdə yerləşən "Stayki” İdman Mərkəzində təşkil olunan hazırlıq prosesində məşqlər yerli komandayla birgə keçirilir.

Yığma ötən həftə Belarusun paytaxtında baş tutan Aleksandr Medvedin xatirə turnirində iştirak etdikdən sonra həmin məkanda toplanışa start verib. Sentyabrın 23-də başlayan hazırlıq prosesi oktyabrın 5-dək davam edəcək.

Qeyd edək ki, baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında keçirilən toplanış oktyabrda Albaniyada təşkil ediləcək U-23 və böyüklər arasında dünya çempionatlarına hazırlıq xarakteri daşıyır.


976 oxunub

InvestAZ