XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Cüdo Federasiyası hakim olmaq istəyənlər üçün seminar təşkil edib
İdman 13:41 / 24.09.2024

Azərbaycan Cüdo Federasiyası (ACF) hakim olmaq istəyən gənclər üçün ilk seminar təşkil edib.

ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbir milli komandaların təlim-məşq mərkəzində təşkil olunub.

Qurumun Hakimlər Komissiyası tərəfindən keçirilən müsabiqədə 35 namizəd seçilib.

Federasiya həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və saylarının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəklərini bildirib.


21612 oxunub

InvestAZ