"Maklaren” komandasının britaniyalı pilotu Lando Norris 2024-cü il mövsümünün Formula-1 avtomobil sinfində dünya çempionatının 18-ci mərhələsinin - Sinqapur Qran-prisinin qalibi olub.
Yarışda ikinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. İlk üçlüyü bir həftə əvvəl Bakıdakı yarışda çempion olan "Maklaren"in avstraliyalı pilotu Oskar Piastri tamamlayıb.
Qeyd edək ki, növbəti mərhələ oktyabrın 18-dən 20-dək ABŞ-nin Ostin şəhərində keçiriləcək.