XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak etməyəcək
İdman 14:50 / 23.09.2024

Polşalı şahmatçı Yan Kşiştof Duda ilk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, buna 2808 FIDE reytinqinə malik zəka sahibinin səhhətində yaranan problem səbəb olub.

Qeyd edək ki, turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.


17205 oxunub

InvestAZ