XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı müəyyənləşdi
İdman 11:12 / 23.09.2024

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə razılıq əldə edib. Blits şahmatında 2808 FIDE reytinqinə malik iti zəka sahibi komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.



16782 oxunub

InvestAZ