XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Minsk sınağında 8 medal
İdman 12:22 / 23.09.2024

Azərbaycan güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medvedin xatirə turnirində 8 medal qazanıblar.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindənməlumat verilib. Məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.



16434 oxunub

InvestAZ