XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Parabadmintonçumuz İndoneziyada 2 medal qazandı
İdman 09:30 / 23.09.2024

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişi parabadmintonçuların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləyib. O, finalın bir addımlığında hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə uduzaraq turnirin bürünc medalını qazanıb.

İbrahim Əliyev kişi parabadmintonçuların qoşa yarışında da mükafatçılar sırasında yer alıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən idmançı İspaniya, Hindistan və İndoneziyanı təmsil edən rəqiblərinə qalib gələrək qrup lideri kimi finala yüksəlib. Burada Hindistanı təmsil edən Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq "HYDROPLUS Indonesia Para Badminton International 2024” turnirinin gümüş medalını qazanıb.

Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında çıxış etməyə başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib. O zaman parabadmintonda ilk addımlarını atan idmançı mübarizəni qrup mərhələsində dayandırmışdı.



15561 oxunub

InvestAZ