XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



FIDE Faiq Həsənovu mükafatlandırdı
İdman 12:01 / 20.09.2024

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qala gecəsi keçirilib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF)mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-in rəhbəri Mahir Məmmədov çıxış edib. M.Məmmədov ali şahmat qurumunun yaradıcılarına təşəkkürünü bildirib: "FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qaldı. Buna görə biz FIDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.

Sonra şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb. FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib: "Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, Olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun və Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən AŞF-nin vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O, həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan "Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.



5746 oxunub

InvestAZ