XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Latviyada 13 medal sevinci
İdman 10:03 / 16.09.2024

Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq birinciliyində 13 medal qazanıblar.

Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yığmanın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kq), Məhəmməd Həsənli (⁠51 kq), Fuad Məhərrəmli (⁠55 kq) və Elcan Əliyev (⁠78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kq) və Yunis Hüseynov (68 kq) ikinci yeri tutublar.

Digər taekvondoçulardan Nilufər Borci (49 kq), Sehri Cəlalova (55 kq), Fatimə Həsənova (⁠59 kq), Harun Salmanzadə (⁠51 kq), Ziya Həsənli (⁠59 kq), Hüseyn Xudiyev (⁠73 kq) və Allahverdi Məmmədov (⁠+78 kq) isə bürünc mükafata layiq görülüblər.



10537 oxunub

InvestAZ