XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya səfər edib
İdman 14:05 / 14.09.2024

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Paris-2024Yay Paralimpiya Oyunlarından sonra ilk rəsmi səfərini Azərbaycana edib.

Milli Paralimpiya Komitəsindən (MPK)verilən məlumata görə, o, səfər çərçivəsində MPK rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.


21705 oxunub

InvestAZ