XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Formula 1 Azərbaycan Qran-Prisinə gələn xarici jurnalistlər üçün mediatur
İdman 13:11 / 12.09.2024

Formula 1 Azərbaycan Qran-Prisinə gələn xarici media üçün tur təşkil edilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, hər il böyük maraqla qarşılanan tur jurnalistlərə yarış həyəcanı ilə yanaşı, Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti yaradıb.

Mediatur UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.

Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici media nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalistlərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.

Mediatur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 2024-ü 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandıracaq.


1898 oxunub

InvestAZ