XƏBƏR LENTİ
16 Mart 2025
15 Mart 2025
14 Mart 2025
13 Mart 2025



Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün Finlandiya və Avstraliyaya komandaları ilə qarşılaşacaq
İdman 12:56 / 12.09.2024

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. 

Bu gün Azərbaycan yığmaları olimpiada çərçivəsində növbəti oyunlarını keçirəcək.

Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv II turda Finlandiya ilə üz-üzə gələcək.

Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Avstraliya kollektivi ilə qarşılaşacaq.

Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk turda İordaniyanı 3,5:0,5, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraquanı 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.


7039 oxunub

InvestAZ