XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranlar ölkə çempionatında bir araya gələcəklər
İdman 11:32 / 11.09.2024

Sentyabr 14-15-də gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının(AAF) mətbuat xidmətindən verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində təşkil olunacaqyarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Gənclər və İdman Nazirliyi və AAF-ın birgə təşkil etdiyi çempionatın məqsədi ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


18494 oxunub

InvestAZ