XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları müəyyənləşdi
İdman 14:09 / 06.09.2024

Görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə sayca 10-cu dəfə təşkil olunacaq Memorialın iştirakçıları bəlli olub.

Bu barədə yarışın direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

O bildirib ki, "Vüqar Həşimov Memorialı-2024"də Nodirbek Abdusattarov (Özbəkistan, FIDE reytinqi 2766), Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720), Azərbaycan təmsilçilərindən isə Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Rauf Məmmədov iştirak edəcəklər.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə sentyabrın 25-30-da Şuşa şəhərində təşkil olunacaq.


18418 oxunub

InvestAZ