XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi
İdman 23:17 / 03.09.2024

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq yeni dünya rekorduna imza atıb.

Təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəl Lamiyə  Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Hazırda Azərbaycan yığmasının aktivində Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.


20347 oxunub

InvestAZ