XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Parataekvondoçumuz Azərbaycanın paralimpiya tarixinə düşüb
İdman 13:40 / 30.08.2024

Parataekvondoçu Sabir Zeynalov Azərbaycanın paralimpiya tarixinə düşüb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 58 kq çəkidə mübarizə aparan 19 yaşlı idmançı buna Paris-2024 Yay Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksəlməklə nail olub.

K44 kateqoriyasında mübarizə aparan Zeynalov paralimpiadanı bürünc medalla bitirib. Bunadək isə dördilliyin ən böyük yarışında heç bir Azərbaycan parataekvondoçusu fərqlənməmişdi. S.Zeynalov oyunlarda ilk dəfə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, Azərbaycanı Fransa paytaxtında 3 parataekvondoçu təmsil edir. Paris-2024 Yay Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.


21043 oxunub

InvestAZ