XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paris-2024: Bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayır
İdman 09:29 / 29.08.2024
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayacaq.
Parataekvondoçu Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində çıxış edəcək.
Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı isə Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.
Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final isə 20:10-da başlayacaq.
Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da başlaycaq.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.

19899 oxunub

InvestAZ