XƏBƏR LENTİ
22 Oktyabr 2024
21 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024



Stolüstü tennisçimiz Fransada bürünc medal qazandı
İdman 10:57 / 26.08.2024

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan "Euro Mini Champs” yarışında uğurla çıxış edib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, 2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında yarışan tennisçi təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8 finalda bolqarıstanlı, 1/4 finalda digər fransalı rəqibinə qalib gələn idmançı yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya təmsilçisini üstələyərək yarışın bürünc medalına layiq görülüb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.


2701 oxunub

InvestAZ