XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağırlıqqaldıranlarımız Qazaxda hazırlıq keçirlər
İdman 14:32 / 23.08.2024

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası Qazaxda təlim-məşq toplanışına start veriblər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan atletlər qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

AAF-ın vitse-prezidenti Firdovsi Umudov yığmanın düşərgəsinə baş çəkib. O, məşqçilər heyəti və idmançılarla görüşüb, problemləri ilə maraqlanıb. Məşqi izləyəndən sonra F.Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daima diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxışlar arzulayıb.


20226 oxunub

InvestAZ