XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" Zaqreb səfərində məğlub oldu
İdman 01:07 / 21.08.2024

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib. Azərbaycan çempionu "Qarabağ" qrup mərhələsinin bir addımlığında Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşıb.  Komandamız ilk oyununu səfərdə keçirib. "Maksimir" stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda təşkil olunacaq. 


18281 oxunub

InvestAZ