XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Araz Naxçıvan” bu gün ilk oyununa çıxacaq
İdman 11:09 / 21.08.2024

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında bu gün mübarizəyə başlayacaq.

Azərbaycan çempionu H qrupundakı ilk sınağında Şimali İrlandiyanın "Sparta Belfast” klubu ilə üz-üzə gələcək.

İsveçdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu "Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi "Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


19166 oxunub

InvestAZ