XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənlər açıq Bakı çempionatında bir araya gələcəklər
İdman 10:06 / 21.08.2024

Avqustun 22-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən verilən məlumata görə, yarış AKAF ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

Bakı bulvarında, AKAF-ın binasının qarşısında təşkil olunacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan yeniyetmə və gənc idmançılar müxtəlif yaş kateqoriyalarında mübarizə aparacaqlar.

İdmançılar kayak və kanoe növlərində 200, 500 metr məsafədə bir və iki nəfərlik qayıqlarda, akademik növdə isə 500 metr məsafədə yalnız bir nəfərlik qayıqda mübarizə aparacaqlar. Saat 11:00-dan etibarən start götürəcək Bakı çempionatı bir gün davam edəcək.


18231 oxunub

InvestAZ