XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Moskvadakı turnirdə 7 idman növündə təmsil olunacaq
İdman 12:02 / 16.08.2024

Bu gün Rusiyada "Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları” adlı yarış start götürəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-dək davam edəcək yarışda ölkəmiz minifutbol, basketbol 3x3, voleybol, stolüstü tennis, şahmat, nərd və üzgüçülük idman növləri üzrə təmsil olunacaq.

Tədbirdə Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Hava Yolları və Dövlət Neft Şirkətinin əməkdaşları iştirak edəcəklər.


18760 oxunub

InvestAZ