XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlarımız beynəlxalq turnirdə üç qızıl medal qazandılar
İdman 11:47 / 16.08.2024

Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş "Alma Cup" beynəlxalq turnirində üç qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamızın üzvləri iki nominasiyada isə qalib olublar.

Gənclər arasında Fidan Qurbanlı çoxnövçülükdə (gürzlər və lent) qızıl mükafat əldə edib. O, "Miss Grace" nominasiyası üzrə də birinci yerə layiq görülüb.

Yeniyetmələrdən isə Nur Sadıqova (halqa və top) və Alina Kolesnikova (gürzlər və lent) çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. N.Sadıqova "Miss Grace" nominasiyasında da fərqlənənlər arasında yer alıb.


19337 oxunub

InvestAZ