XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AFFA Premyer Liqanın 4 klubunu cərimələdi
İdman 13:16 / 15.08.2024

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın yeni mövsümünün II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

"Qarabağ”la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz” 700 manat cərimələnib. Gəncə təmsilçisinin üzvü Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, bu, klubu 500 manat xərcə salıb. Azarkeşlər tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Kəpəz”ə xəbərdarlıq edilib.

"Araz-Naxçıvan” "Şamaxı” ilə matçda hesab tablosu işləmədiyinə görə 500 manat cərimələnib.

"Səbail”in 5 futbolçusunun "Neftçi” ilə görüşdə sarı vərəqə alması Bakı təmsilçisini 700 manat ziyana salıb. "Neftçi” qarşılaşma bitdikdən sonra stadionda azarkeşləri iğtişaş törətdiyinə görə 4000 manat ödəyəcək. Komandanın futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə edilib.

"Sumqayıt”la oyunda "Turan Tovuz”un 4 futbolçusunun sarı vərəqə alması bölgə təmsilçisinin 700 manat cərimələnməsinə səbəb olub.


22471 oxunub

InvestAZ