XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün "Sabah" və "Zirə" komandaları Konfrans Liqasında cavab oyununa çıxacaq
İdman 10:08 / 15.08.2024

Bu gün UEFA Konfrans LiqasındaIII təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan təmsilçilərindən "Sabah" və "Zirə" komandaları da bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq. "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da "Bank Respublika Arena”da keçiriləcək. Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" klubu isə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq."Dalğa Arena"da keçiriləcək oyunsaat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Zirə" ilk görüşdə Xorvatiya klubu ilə heç-heçə (1:1) edib. "Sabah" isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə məğlub olub.


21407 oxunub

InvestAZ