XƏBƏR LENTİ
20 Aprel 2025
19 Aprel 2025
18 Aprel 2025
17 Aprel 2025
16 Aprel 2025
15 Aprel 2025
14 Aprel 2025
13 Aprel 2025



“Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Azərbaycan
İdman 14:29 / 13.08.2024

Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələr göstərdiklərinə görə mükafatların müəyyən edilməsi məqsədilə,

1. XXXIII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat;

1.4. Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham ƏLİYEV

Azərbaycan Respublikası

Milli Olimpiya Komitəsinin Prezidenti

Bakı şəhəri, 13 avqust 2024-cü il


10651 oxunub

InvestAZ