XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Çingiz Hüseynzadə: "Paris Olimpiadasında keyfiyyətə görə daha yaxşı nəticə qazandıq"
İdman 00:50 / 11.08.2024

"Ümid edirəm ki, Paris-2024-də medallarımızın sayı yeddi olacaq”

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan nəticələr barədə danışarkən deyib.
MOK rəsmisi müsahibəsində Tokio-2020-dəki medal sayının təkrarlanacağına inandığını bildirib: "Güləşçimiz Maqomedxan Maqomedxanovun sabah üçüncü yer uğrunda görüşdə bürünc medal qazanacağına inanıram. Paris Olimpiadasında keyfiyyətə görə daha yaxşı nəticə qazandıq. Çünki iki qızıl medalımız var. Düşünürəm ki, Parisdə digər idman növlərində də yaxşı nəticələr qazanmışıq. Qadın basketbolçularımızın olimpiadada 7-ci yeri tutması, xüsusilə də Amerika və Çin komandalarına qalib gəlməsi çox böyük uğurdur. Eyni zamanda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci yeri tutu. Bu da böyük uğur hesab ediləbilər. Həmçinin atletikada Anna Skidanın nəticəsini qeyd etmək istərdim. Bu növdə finala çıxan idmançımız olmamışdı. Həmişə öyrəşdiyimiz güləşdə, taekvondoda, cüdoda deyil, artıq başqa idman növlərində də müəyyən uğurlarımız var”.
Ç.Hüseynzadə Paris-2024-də güləşçilərdən gözlənilən nəticələri vermədiklərini də vurğulayıb: "Güləşçilərimiz bir qədər ümidləri doğrultmadılar. Tokio-2020-də gümüş medal qazanmışdıq. Buna uğursuzluq deməzdim. Bu problemi yığmadakı nəsildəyişmə prosesi ilə əlaqələndirirəm. Yaş məsələsi də buna imkan vermədi. Ümid edirəm ki, yeni gənclər yetişəcək. Artıq onlardan uğurlu nəticələr gözləməyə dəyər”.
Qeyd edək ki, Azərbaycan Olimpiya komandası Paris-2024-də hələlik 6 (2 qızıl, 2 gümüş, 2 bürünc) medal qazanıb. Komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-dəyekun vurulacaq.


5288 oxunub

InvestAZ