XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sərbəst güləşçimiz Paris-2024-ün bürünc medalına sahib çıxdı
İdman 22:30 / 10.08.2024
Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti bürünc medalını qazanıb. Bu uğura sərbəst güləş yarışlarında mübarizə aparan Giorgi Meşvildişvili (125 kq) nail olub. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub.Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranla qarşılaşıb. Görüşü 9:3 hesablıqələbə ilə başa vuran Giorgi Meşvildişvili Olimpiya komandamıza 6-cı medalı qazandırıb.
Xatırladaq ki, daha əvvəl komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.
20846 oxunub

InvestAZ